Gəncə şəhərində 65 yaşlı kişi kəsici alətlə xəsarət yetirilməsi nəticəsində həyatını itirib.
Yurd.Media xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Gəncə şəhər sakini, 65 yaşlı M. Musayevə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Nəticədə cinayəti törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.