SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Həyətdə qurulan toy mağarında onlarla qadın zəhərləndi

Həyətdə qurulan toy mağarında onlarla qadın zəhərləndi

  • 21 avqust 2026, 21:36
İsmayıllı

İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində onlarla insan zəhərlənib.

TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları nümunələr götürərək müayinələrə başlayıb, araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları