SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Tovuzda 07 su arxına aşdı, ölənlər var

Tovuzda "07" su arxına aşdı, ölənlər var

  • 18 avqust 2026, 09:27
Tovuz

Tovuzda VAZ maşını su arxına aşıb, ölənlər var.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. 

İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil yol kənarındakı su arxına aşması nəticəsində S.Həziyev və A.Müseyibov dünyasını dəyişib. 

Qeyd edək ki, meyitlərdən biri avtomobildən digəri su arxından aşkarlanıb. 

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları