SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sükan arxasında halı pisləşən sürücü qəzada həyatını itirdi

Sükan arxasında halı pisləşən sürücü qəzada həyatını itirdi

  • 19 avqust 2026, 12:37
Cəlilabad

Cəlilabad rayonunda sükan arxasında halı pisləşən sürücü qəzada həyatını itirdi.

Yurd.Media xəbər verir ki, hadisə Cəlilabad–Soltankənd avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil səhhəti pisləşib.

Nəticədə avtomobil idarəetmədən çıxaraq yoldan kənara aşıb. Sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları