SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Eyvanında yanğın baş verdi, kombi alışdı - VİDEO

Eyvanında yanğın baş verdi, kombi alışdı - VİDEO

  • 04 iyun 2026, 15:29
Bakı

Bakıda çoxmərtəbəli binanın eyvanında kombi aparatı və kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin eyvanında kombi aparatı və kondisioner yanıb. Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.

Eyvanında yanğın baş verdi, kombi alışdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları