SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub

Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub

  • 03 iyun 2025, 23:17
Daşkəsən

Daşkəsəndə iki kəndə gedən avtomobil yolu təmir olunub.

Yurd.Media xəbər verir ki, Pirverdilər və Tapan kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yoluna çınqıl-torpaq örtüyü salınıb.

Həmçinin xüsusi texnikalar vasitəsilə hamarlama işləri həyata keçirilib, suötürücü qurğular təmizlənərək təmir edilib, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq, sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, adı çəkilən kəndlərin avtomobil yolu uzun zamandır təmirsiz idi və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı.

Prime Leasing