SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bu ərazilərdə partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ

  • 29 sentyabr 2025, 10:57

Pirəkəşkül və Ağdərədə yaxın günlərdə partlayış səsləri eşidiləcək.

Yurd.Media xəbər verir ki, 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib.

Prime Leasing