SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu dövlət qurumunun avtobusu qəzaya uğradı

Bu dövlət qurumunun avtobusu qəzaya uğradı

  • 15 may 2025, 17:42
Yevlax

Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.

Yurd.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.