Beynəlxalq Qadınlar Günündə Abşeron rayonunun Masazır qəsəbəsində qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.
Yurd.Media xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən təndirxanaların birində qeydə alınıb.
İlkin məlumata görə, qadının adı Bahar Muradovadır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.