Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş mayor Şirvandakı zavodda partlayış zamanı ölüb.
Müdafiə Sənayesi Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Bədbaxt hadisə nəticəsində ölən Adil İsmayılov ehtiyatda olan mayor olub. Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş A.İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da xidmət edib.
2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.