Ötən gün itkin düşən 13 nəfər tapılıb.
Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.