SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ağstafada avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

Ağstafada avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

  • 23 aprel 2026, 21:46
Ağstafa

Ağstafa rayonunda avtomobillər toqquşub.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobillə digər avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərə isə instumental diaqnostik müyinələrdən keçmək üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndəriş verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları