SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda yataqxanada YANĞIN - VİDEO

Bakıda yataqxanada YANĞIN - VİDEO

  • 22 aprel 2026, 10:16
Bakı

Bakıda üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5kv.m. sahədə deformasiya edib.

Yataqxana binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bakıda yataqxanada YANĞIN - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları