SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Ağstafada 8-ci sinif şagirdi məktəbdə bıçaqlanıb

Ağstafada 8-ci sinif şagirdi məktəbdə bıçaqlanıb

  • 23 aprel 2026, 11:02
Ağstafa

Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə mübahisə zəminində 8-ci sinif şagirdi bıçaqlanıb.

Yurd.Media xəbər verir ki, 2012-ci il təvəllüdlü U.İsmayılov bud nahiyəsindən bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Əraziyə polis əməkdaşları cəlb olunub və hadisəni törətməkdə şübhəli bilinən digər məktəblinin saxlanılması üçün əməliyyat tədbirləri həyata keçirilir.

Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli məktəbdən Yurd.Media-ya bildirilib ki, ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları