Biləsuvar rayonunda qadın işlədiyi gözəllik salonunda ölüb.
Yurd.Media xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Məmmədovanın işlədiyi gözəllik salonunda halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. O, ürək çatışmazlığından dünyasını dəyişib.
İlhamə Məmmədova sahibkar imiş. O, həmin gözəllik salonunu uzun müddətdir icarəyə götürmüşdü. Məlumata görə, qadın bir neçə gün əvvəl işçilərinə özünü yaxşı hiss etmədiyini, arabir ağrıları olduğunu deyib.
Dünən isə günorta saatlarında o, iş yerində olarkən işçilərə yenidən ağrı hiss etdiyini deyib. Günün ikinci yarısında qadının halı qəfil pisləşib və o yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə qədər qadın dünyasını dəyişib.