SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
“Beşbarmaq piri”ndən paraşütla atlanan qadın qayalara çırpılıb öldü

“Beşbarmaq piri”ndən paraşütla atlanan qadın qayalara çırpılıb öldü

  • 07 iyul 2025, 23:06
Siyəzən

Bugün Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılan şəxs ölüb.

Yurd.Media xəbər verir ki, ilkin məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Məcidova Nuranə Tofiq qızı dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Prime Leasing