SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Baku Security Service” əmək müqaviləsi qaydalarını pozdu – İŞ MƏHKƏMƏDƏ

“Baku Security Service” əmək müqaviləsi qaydalarını pozdu – İŞ MƏHKƏMƏDƏ

  • 05 fevral 2026, 15:52

“Baku Security Service” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində protokol yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən protokol tərtib edilib.

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsə də şirkətin hüquqi ünvanının Bakı şəhəri, Sabunçu rayonunda olduğu müəyyənləşib. Bu səbəbdən iş materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə qərar qəbul ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 192.1-cu maddəsi ilə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları