Bakıda suçəkmə və təxliyə tədbirlərinin görülməsi işləri davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, qurum tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.