SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bakıda yaşayış binasında ilanlar peyda olub - VİDEO

Bakıda yaşayış binasında ilanlar peyda olub - VİDEO

  • 26 may 2025, 10:40
Bakı

Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.

Yurd.Media "Xəzər Xəbər"ə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.

Onlar bildirirlər ki, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.

Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını tələb edirlər. Onlar ilanların hətta evlərə daxil ola biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Prime Leasing