SÜJET
Bakıda ağaclar və yaşıllıq ərazi yandırılıb.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 25 ünvanında baş verib.
Sakinlər iddia edirlər ki, yanğınlar əsasən axşam saatlarında MTK-nın bir qrup işçiləri tərəfindən həyata keçirilir.
Onların sözlərinə görə, bu hal dəfələrlə təkrarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində təxminən 500 kv.m açıq sahə yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri hazırda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ərazidəki ağacların yenidən bərpa olunacağı planlaşdırılır.
Ətrraflı süjetdə: