SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıda liseydə güllələnmə

Bakıda liseydə güllələnmə

  • 06 fevral 2026, 10:51
Bakı

Bakıda lisey müəllimi güllələnib. 

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, silahlı insident İdrak Liseyində baş verib.

Liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. 

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə tənəffüs zamanı baş verib. Güllə müəllimənin boyun nayihəsinə dəyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları