SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI

Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI

  • 15 may 2025, 19:33

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yurd.Media-ya bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi.

Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.