SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar

Bakıda avtomobili qəsdən yandıran şəxslər saxlanılıblar

  • 01 avqust 2025, 20:11
Bakı

İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus VAZ-2109 markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub.

Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing