SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda anasını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda anasını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

  • 06 may 2026, 16:13

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yurd.Media-nın məlumatına görə, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları