Şəmkir rayonunun Dəllər qəsəbəsində yol qəzası baş verib.
Yurd.Media-nın məlumatına görə, qəsəbə sakini, "N " saylı hərbi hissənin giziri, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili körpüdən aşırıb.
Nəticədə sükan arxasında olan Nurəddin Mirzəyev dünyasını dəyişib.
Yurd.Media-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki,
xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.