Ağsu aşırımında torpaq sürüşməsi baş verib

Ağsu aşırımında torpaq sürüşməsi baş verib

  • 17 aprel 2025, 10:16
Ağsu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş verib.

Yurd. Media xəbər verir ki, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi baş verib.

İlkin məlumatlara görə, yolun 147-ci kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti mümkün olmayıb.