SÜJET
Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.
Yurd.Media "Report" - a istinadən xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.
A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib.
Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlara başlanılıb.