Zaqatalada 5 yaşlı uşağın üstündən "KamAZ" markalı yük avtomobili keçib.
Yurd.Media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.
5 yaşlı E.Ş "KamAZ" markalı yük avtomobilin altında qalıb.
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Ş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.
Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.