SÜJET
Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.