Zığ gölünün ətrafının yaşıllaşdırılmasına 5 milyon manata yaxın pul xərclənəcək
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqların salınmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-dən verilən məlumata görə, gölün ətraf ərazilərində yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması ilə bağlı birinci mərhələ üzrə işlərə başlanılır.
Belə ki, qurum sözügedən işləri “Region Mühәndislik” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
İlkin olaraq sözügedən işlərin icrasına 4,6 milyon manat vəsait sərf olunacaq.