SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Hacıqabulda bələdiyyə sədri cərimələndi

Hacıqabulda bələdiyyə sədri cərimələndi

  • 23 iyul 2026, 11:39

Hacıqabul rayonunda bələdiyyə sədrinə cərimə yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, rayonun Atbulaq-Navahi bələdiyyəsinin sədri Səidə Əsgərovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Belə ki, bələdiyyə sədri Atbulaq-Navahi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etməyib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunan protokol baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları