Ölkəmizdə müşahidə edilən yağıntılı hava şəraitinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.
Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında isə sentyabrın 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.