SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Xəzərin geri çəkilməsinin təhlükələri - VİDEO

Xəzərin geri çəkilməsinin təhlükələri - VİDEO

  • 19 iyul 2026, 22:17

Xəzər dənizində suyun səviyyəsinin azalması tempi sürətlənir.

Yurd.Media xəbər verir ki, ekoloq Rövşən Abbasov "Xəzər Xəbər"ə bildirib ki, 1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar olmaqla dənizin səviyyəsində azalmalar qeydə alınıb və bu proses bu gün də davam edir.

Xəzərin səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişmələri nəticəsində dəniz səthindən gedən buxarlanmanın artması, çay axımının azalmasıdır.

Ekpsertin sözlərinə görə, Azərbaycanda elə ərazilər var ki, orada Xəzər dənizi kilometrlərlə geriyə çəkilib. Bunlar gələcəkdə digər kompleks problemlər yaradacaq.

Geriçəkilmə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün liman infrastrukturu, balıqçılıq, ekosistem, su ehtiyatları və sahilyanı yaşayış məntəqələri baxımından ciddi sosial-iqtisadi və ekoloji problemlər yarada bilər.

Xəzərin geri çəkilməsinin təhlükələri - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları