“TuranBank” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılmasına həsr olunmuş növbəti ekoloji aksiya təşkil edib.
Yurd.Media xəbər verir ki, “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində iştirak edərək ərazinin daha təmiz və istirahət üçün əlverişli vəziyyətə gətirilməsinə töhfə veriblər.
Aksiya dəniz sahillərinin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və ictimaiyyətin ətraf mühitin mühafizəsinə dair maarifləndirilməsi məqsədi daşıyıb.
Korporativ sosial məsuliyyət (KSM) layihələrini mütəmadi olaraq həyata keçirən “TuranBank” bu təşəbbüslə ekoloji davamlılığın təşviqinə, ölkəmizin təbii sərvətlərinin qorunmasına və ekoloji dəyərlərin təbliğinə dəstək verməyi qarşıya məqsəd qoyub.
“TuranBank” bundan sonra da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edərək, ekoloji ekosistemin bərpası, təbiətin mühafizəsi və yaşıl iqtisadiyyatın təşviqi istiqamətindəki fəaliyyətini genişləndirərək cəmiyyət üçün faydalı layihələrə imza atmaqda davam edəcək.
Qeyd edək ki,1992-ci ildən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərə xidmət göstərir.
Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
“TuranBank”
Bizimlə etibarlıdır...





