SÜJET
Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya verilən məlumata əsasən bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 36, Şəkidə 19, Göygöl və Şahdağda 8, Qubada 6, Daşkəsən, Füzuli, Tovuz, Tərtər, Ordubad, Bərdə, Beyləqan, İsmayıllı, İmişli, Şamaxı, Qəbələ, Oğuz, Sədərək, Naxçıvan, Şahbuz, Şirvan, Sabirabad, Zərdab, Yevlax, Şəmkir, Ceyrançöl, Balakən, Gədəbəy, Zaqatala, Xaltan, Şabran, Gəncə, Biləsuvar, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Astara, Xocalı, Bakıda və Abşeron yarımadasında 1-5 mm-dək təşkil edir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.