SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qəbələdə min ədəd müxtəlif ağac və kollar əkilib

Qəbələdə min ədəd müxtəlif ağac və kollar əkilib

  • 03 may 2026, 18:54
Qəbələ

“Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar Qəbələ rayonu ərazisində ağacəkmə aksiyası davam edir.

Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, Qəbələ şəhərinin küçə və parklarında, meydanlarda eləcə də, yol kənarlarında ağacəkmə aksiyalarına aprel ayından start verilib və bu yaşıllaşdırma aksiyaları may ayının sonuna kimi davam etdiriləcək.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində davam edən ağacəkmə aksiyasının növbəti mərhələsində Qəbələ şəhəri ərazisində 300 ədəd həmişəyaşıl, 500 ədəd çinar və 200 ədəd söyüd ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları