SÜJET

Süni intellekt Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Növbəti üç gündə rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Növbəti üç gündə rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

  • 25 aprel 2025, 17:44

Aprelin 27-də şimal və qərb rayonlarında, aprelin 28-dən aprelin 29-da gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Yurd.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Prime Leasing