SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Mingəçevir anbarında suyun səviyyəsi bir metrədək AZALDI

Mingəçevir anbarında suyun səviyyəsi bir metrədək AZALDI

  • 11 avqust 2025, 00:26
Mingəçevir

Mingəçevir su anbarında suyun səviyyəsi 80 santimetr - 1 metr aralığında azalıb.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, su anbarının yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, yaz aylarında anbarda suyun səviyyəsi xeyli artıb. Hətta onların yaşadıqları evlərə qədər yaxınlaşıb. Havaların hədsiz isti keçməsi və yağıntının olmaması isə son 10 gündə Mingəçevir su anbarında suyun azalmasına səbəb olub.

Ərazidə yaşayanların sözlərinə görə, anbarda suyun səviyyəsinin artması müsbət hadisə olsa da, yay aylarında buraya sərinləməyə, çimməyə gələnlərə maneə yaradırdı. Suyun azalması ilə hazırda anbar ətrafında olan çimərliklər normal fəaliyyət göstərə bilir.

Ətraflı süjetdə:

Prime Leasing