Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Sürücülərə diqqətli olmaq tövsiyyə olunur.