SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ - FOTO

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ - FOTO

  • 09 may 2025, 14:32

Mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax və Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.