SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Kanalda suyun rəngi dəyişib, balıqlar kütləvi şəkildə tələf olur - VİDEO

Kanalda suyun rəngi dəyişib, balıqlar kütləvi şəkildə tələf olur - VİDEO

Bakı

Maştağada balıqlar kütləvi şəkildə tələf olub: sakinlər zəhərlənmədən şübhələnir

Yurd.Media xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivində baş verib.

Samur–Abşeron su kanalının bu ərazidən keçən hissəsində bir neçə gündür ki, balıqların tələf olması müşahidə edilir. Yaxınlıqda yaşayan sakinlər belə halla ilk dəfə qarşılaşdıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, suyun rəngi dəyişib və ətrafa pis qoxu yayılıb. Onlar balıqların kütləvi zəhərlənməsindən narahatdırlar. Həmçinin suyun müxtəlif şəxslər tərəfindən çirkləndiyini də iddia edirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Balıqçılıq və Akvakultura” Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Suların İstifadəsi və Dövlət Nəzarəti Xidmətindən isə qeyd olunub ki, ərazidən su nümunələri götürülərək mərkəzi laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlanandan sonra faktla bağlı ətraflı məlumat veriləcək.

Prime Leasing
SPE Annual Caspian