SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
İyulda Azərbaycana daxil olan soyuq hava kütlələrinə görə bol yağıntı gözlənilir

İyulda Azərbaycana daxil olan soyuq hava kütlələrinə görə bol yağıntı gözlənilir

  • 30 iyun 2025, 13:01

"İyul ayı stabil aylardan olsa da, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti gözləniləndir".

Bunu Yurd.Media-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

“Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir. Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər”, - o qeyd edib.

Prime Leasing