SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
İsmayıllıda ağaclar kəsilib ZİLlə daşınır - VİDEO

İsmayıllıda ağaclar kəsilib "ZİL"lə daşınır - VİDEO

  • 05 fevral 2026, 21:21
İsmayıllı

İsmayıllı rayonunda ağacların kəsilib yük maşını ilə daşınması faktı aşkarlanıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, həmin ağaclar İsmayıllı meşələrində kəsilib. 

Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi Əfqan Qəribov dayanır. Hətta iddia olunur ki, o, ağac daşıyan "ZİL” markalı yük maşınını saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını buna görə təhdid edib. 

Faktla bağlı redaksiyamıza video və foto faktlar da göndərilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, 2026-cı il fevralın 2-dən 3-nə keçən gecə İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilmiş ağac materialının "ZİL” markalı avtomobillə daşınması faktı Nazirliyin əməkdaşları tərəfindən aşkarlanıb və 3 fevral tarixində aktlaşdırılıb. Hazırda faktla bağlı araşdırma davam edir.

Əfqan Qəribovun özündən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. 

Əfqan Qəribovun adı bir neçə dəfə ağac kəsilməsində hallanıb. Hətta mediada gedən məlumatlara görə, o, keçmiş nazir Muxtar Babayevin dövründə vəzifəsindən azad edilib. Muxtar Babayev nazir karyerası ilə vidalaşdıqdan sonra isə Əfqan Qəribov yenidən işə götürülüb. Lakin o, bu dəfə başqa vəzifəyə təyin edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları