SÜJET
Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, hazırda rayonda yağan güclü yağışlar nəticəsində "Yeddipara" adlanan Udullu kənd ərazi vahidliyində sel yaşayış evlərini basıb.
Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.
Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.
Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.