SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bu bölgədə qarın hündürlüyü yarım metrə çatdı

Bu bölgədə qarın hündürlüyü yarım metrə çatdı

  • 03 yanvar 2026, 12:38

Ötən gün ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur, bu gecə və səhər hava əsasən yağmursuz keçib.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları