SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bakı və Qubada ağaclar məhv edilən ərazilər açıqlandı

Bakı və Qubada ağaclar məhv edilən ərazilər açıqlandı

  • 24 iyul 2026, 23:06

Paytaxtda və Quba rayonunda ağacların məhv edilməsi üzə çıxıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Yurd.Media-ya bildirilib ki Bakı şəhəri və Quba rayonu ərazisində son bir həftə ərzində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları