SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bakıda külək nə vaxt səngiyəcək?

Bakıda külək nə vaxt səngiyəcək?

  • 28 iyul 2026, 12:28

Bakıda küləyin sürəti 22 m/s-yə çatır.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları