SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bölgələrə leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Bölgələrə leysan, Şahdağa qar yağır - FAKTİKİ HAVA

  • 03 iyun 2025, 16:20

İyunun 3-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Yurd.Media-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.

Prime Leasing