SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bəzi çaylardan sel keçəcək

Bəzi çaylardan sel keçəcək

  • 11 iyun 2025, 15:20

İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Yurd.Media xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları