Baxımsız qalan park ABADLAŞDIRILACAQ - VİDEO

Baxımsız qalan park ABADLAŞDIRILACAQ - VİDEO

  • 24 aprel 2025, 23:55
Bakı

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Pitomnik bağı" baxımsız vəziyyətdədir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, bir vaxtlar geniş ərazisi və yaşıllığı ilə tanınan bu bağ, son illər ətrafında aparılan tikinti işləri nəticəsində xeyli kiçilib.

Sakinlər bildiriblər ki, buradakı süni gölü qamışlıq basıb, bu isə xoş olmayan mənzərə yaradır.

Qeyd edək ki, ərazi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binəqədi rayon şöbəsinin balansındadır.

Məsələ ilə bağlı qurumdan bildirilib ki, bağın ərazisində genişmiqyaslı abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Ətraflı süjetdə: